AzMİU-da Xocalı soyqırmının 30 – cu ildönümünə ilə əlaqədar “Xocalı – bir millətin kədəri” adlı tədbir keçirilib


Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Xocalı – bir millətin kədəri” adı altında Xocalı soyqırmının 30 – cu ildönümü ilə əlaqədar tədbirlərin təşkili adlı layihə həyata keçirilib. 
Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı haqqında həqiqətlərin Azərbaycan cəmiyytəti, xüsusilə də gənclər arasında yayılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görməkdir. Xocalı soyqırımı haqqında gənc nəslin davamlı maariflənməsinə ehtiyac vardır. Xocalı faciəsi haqqında internetdə çox sayda materiallar olsa da, onların əksəriyyəti müasir tələblərə cavab vermir və bir çox hallarda faktoloji material baxımından tələblərə cavab vermir. Ona görə də gənc nəslin maariflənməsi zamanı daha dəqiq faktlara söykənən məhsullardan istifadə olunması aktuallıq kəsb edir. Xüsusi aktuallıq kəsb edən məsələlərdən biri də xarici dil bilgisi olan gənclərin ilk öncə məlumatlandırmaqdır. 
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aida Ramiz tədbir iştirakçılarına layihə haqqında ətralı məlumat verib. Ardınca "Xocalı - bir millətin kədəri" sənədli filmi nümayiş edilib. Daha sonra filmin ssenari müəllifi Böyük Britaniya vətəndaşı olan jurnalist İan Piert Xocalı faciəsinin dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb. Sonda "Virtual Qarabağ" İKT Mərkəzinin əməkdaşı Həzrət Bədiyev gənclərə mərkəzin fəaliyyəti haqda ətraflı məlumat verib. 


 

01-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]