“Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” mövzusunda virtual görüş keçirilib


             “Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” 
                                      mövzusunda virtual görüş keçirilib
           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)Elektron kitabxana şöbəsinin təşəbbüsü ilə Memarlıq fakültəsinin müəllimi, memarlıq üzrə fəlsəfə doktoru Fidan Mustafayevanın hazırladığı “Çoxfunksiyalı komplekslərin memarlığının inkişaf tendensiyaları” adlı məruzə ilə virtual görüş keçirilib. Tədbirdə Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbəy Qasımzadə, müəllim və tələbələr iştirak edib.  
          F.Mustafayeva çıxışında vurğulayıb ki, müasir dövrdə çoxfunksiyalı komplekslərin inkişaf tendensiyası aktiv sikl dövrünü keçirir, layihəçilər layihələndirmə prosesində alternativ enerji mənbələri və torpaq resurlarından səmərəli istifadəni ən önəmli faktor olaraq görür. Eyni zamanda qeyd edib ki, son dövrlərdə şəhərlərin ekoloji vəziyyəti diqqət cəlb edir və memarlar çoxfunksiyalı komplekslərin layihələrində yaşıllıq örtüyü elementlərini də nəzərə alır. 
          Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova F.Mustafayevanın məruzəsinin müasir günümüzdə aktual olduğunu bildirib, tələbələrin diqqətini həmin mövzulara yönəldib. Məruzə bitdikdən sonra Fidan xanım tələbələrin suallarına cavab verib.  
 

24-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]