A seminar entitled "Roadmap for becoming an information security specialist" was held
AzMİU İKT mərkəzinin təşkilatçılığı ilə 20 noyabr tarixində tələbələr üçün "İnformasiya təhlükəsizliyi mütəxəssisi olmaq üçün yol xəritəsi" adlı seminar təşkil edilmişdir. Ölkənin aparıcı şirkətlərinin birinin "İnformasiya təhlükəsizliyi" şöbəsinin müdiri Əzim Qəmbərli, şöbənin baş mütəxəssisi Amil Axundzadə və şöbənin mühəndisi Sadiq Cahangirlinin təqdimatı ilə keçirilən seminarda iştirak üçün 100-dən çox tələbə qeydiyyatdan keçmişdir. İnfosessiyada informasiya təhlükəsizliyi mütəxəssisi olmaq üçün tələb olunan baza biliklər, müasir informasiya təhlükəsizliyi trendləri və praktiki həll imkanları barədə ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor Akif Qasımov çıxış edərək müasir dövrdə informasiyanın qorunması və saxlanılmasının əhəmiyyətindən danışmış, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz informasiya arenasında qabaqcıl fəaliyyətini xüsusilə qeyd etmişdir.
Qeyd edək ki, seminarda iştirak üçün müraciət edən bir-neçə universitetin tələbələrinə də iştirak üçün imkan yaradılmışdır.