The ICT Center has launched a series of trainings

AzMIU İKT mərkəzi tərəfindən Universitet əməkdaşları üçün təşkil olunmuş treyninqlərə start verildi
Ötən həftə AzMİU İKT mərkəzi tərəfindən Universitet əməkdaşları üçün mütəmadi təşkil olunan silsilə treyninqlərə start verildi. Treyninqlərin təşkilində əsas məqsəd akademik və tədris köməkçi heyətin İT bacarıqlarının yüksəldilməsi, həmçinin bir çox ixtisasda tədris olunan tətbiqi proqramların daha dərin mənimsənilməsidir. Qeyd edək ki, treyninqlər keçirilmiş onlayn sorğu nəticəsində Universitet əməkaşlarının təkmilləşmək istədikləri mövzular əsasında onlayn və ənənəvi qaydada təşkil olunur.
Ümumiliklə 100-dən çox əməkdaşın 300-ə yaxın müraciəti əsasında 12 istiqamətdə təşkil olunan treyninqlər baza təcrübəsi olanlar və yeni başlayan istifadəçilər nəzərə alınmaqla fərqli qruplarda tədris olunur.

 

27-12-2021