Magistratura mərkəzi

Yaranma tarixi. 

        Mərkəz təhsil sistemində elmi və elmi-pedoqoji kadrların hazırlanmasının nəzarətini və koordinasiyasını həyata keçirir. Burada istehsalatda və biznesdə müstəqil qərarlar qəbul edib onun nəticələrinə görə məsuliyyət daşımaq, yeni ideyaları irəli sürmək, Beynəlxalq Arenada işləmək qabiliyyətinə malik olan kadrlar yetişdirilir. 

        Mərkəzdə 22 ixtisas daxilində 39 magistr proqramı üzrə  3 dildə tədris aparılır :  Azərbaycan ,ingilis və rus dillərində. 

        Bundan əlavə tələbələrə Avropa Birliyinin Erasmus-Mundus, Türkiyənin Mövlanə və bir sıra ikili diplom mübadilə proqramları çərçivəsində öz təhsillərini xaricdə davam etdirilmələrinə şərait yaradılır.

        Magistratura mərkəzi AzMİU-nun Elmiş Şurasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Magistratura şöbəsinin bazası əsasında yaradılmışdır. Magistratura mərkəzinin direktoru dosent Rövşən Səmədovdur.

Mərkəzin əsas fəaliyyət istiqamətləri. 

- mərkəzə daxil olan və xaric edilən sənədlərin qeydiyyatını aparmaq;

- qəbul planlarını hazırlamaq ;

- ixtisasların dövlət standartlarının və tədris planlarını hazırlamaq və təsdiqləmək;

- kafedralara tapşırmalar vermək;

- tədrislə bağlı bütün məlumatları hazırlamaq və aidiyyətı təşkilatlara göndərmək;

- qəbul olunma, xaric olunma , bərpa , akademik məzuniyyət və təqaüd əmrlərini vermək;

- tədris planına uyğun dərslərin keçirilməsini təmin etmək;

- imtahanların keçirilməsi və altdan dərslərin təşkilinə nəzarət etmək;

- tərbiyə , təhsil və elmlə bağlı bütün məsələlərdə iştirak etmək ;

- magistrantların şəxsi işlərini , fərdi tədris planlarını , fərdi iş  planlarını  elektron formada hazırlamaq  və hər hansı dəyişiklikləri müvafiq olaraq qeydə almaq ;

- elektron sistemə nəzarət etmək;

- cari saxlanma müddəti başa çatmış sənədləri arxivə təhvil vermək.

İxtisaslar. 

1. Memarlıq
2. Dizayn
3. İnşaat mühəndisliyi
4. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
5. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
6. Ekologiya mühəndisliyi
7. Neft-qaz qurğuları mühəndisliyi
8. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
9. Nəqliyyat tikintisi mühəndisliyi
10. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
11. Geodeziya və xəritəçilik mühəndisliyi
12. Yer quruluşu,torpaq və şəhər kadastrı
13. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
14. Materialşünaslıq mühəndisliyi
15. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
16. Sənayenin təşkili və idarə edilməsi
17. Menecment 
18. Marketinq
19. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
20. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
21. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
22. Mexanika mühəndisliyi

Ünvan : AZ 1073 , Bakı, A.Sultanova küçəsi 11, I tədris binası, 7-ci mərtəbə , 715-ci otaq.

Əlaqələr : Tel: (+99412) 538 57 93

Email: magistratura@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.