Tələbə Həmkarlar İttifaqı Komitəsi

THİK - nin əsas məqsəd və vəzifələr. THİK-nin əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi. Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai - iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması, tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi, tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması, təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam - intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması, qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

     Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və dünya görüşlərinin hər tərəfli formalaşması üçün THİK bir sıra tədbirlər həyata keçirir. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il,Novruz bayramı, Respublika günü, müstəqillik günü, konstitusiya günü, dirçəliş günü və s. bu kimi tədbirlər keçirilir. Eyni zamanda bəşər tarixinə 20 yanvar faciəsi kimi əks olunmuş hadisələr, xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı günü universitetimizdə təlim-tərbiyə işləri üzrə prorektorun köməyi ilə keçirilir.

Sədr:  Aslanov Bayram Mirazim oğlu
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I tədris binası, IV mərtəbə
Tel: (+994 12) 538-30-71 

Facebook ünvanı: Azerbaycan Memarliq ve Inshaat Universitetinin Telebeleri

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.