İnşaat-texnologiya fakültəsi

Yaranma  tarixi və məqsəd. Fakültənin əsası 1976- cı ildə qoyulmuşdur. Fakültədə tikinti materialları və məmulatları  istehsal sənayesi, o cümlədən sement, gips, əhəng, quru qarışıqlar, beton qarışığı, beton və dəmir – beton məmulatları, kərpic və keramik  məmulatlar, doldurucu (qum, çınqıl, qırmadaş) və s. məhsullar istehsal  edən sənaye müəssisələrində calışan mühəndislər, tikintidə geniş tətbiq olunan müxtəlif təyinatlı materialların keyfiyyətini, uzunömürlülüyünün, yaxşılaşdırılması yollarını öyrənilməsi, materiallar mühəndisi,  həmçinin  inşaat komplekslərində və texnoloji proseslərin icrasında əməyin mühafizəsinin,  həyat fəaliyyətinin təhlükəsizliyinin    təminatı ilə məşğul olan mütəxəssis hazırlığını həyata   keçirilir.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtaham Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə təhsil azərbaycan  və ingilis dillərində aparılır.

Bakalavr səviyyəsi

050614  Həyat fəaliyyətinin  təhlükəsizliyi mühəndisliyi

050623  Materiallar mühəndisliyi

050638  Sənaye mühəndisliyi

Tədris olunan  fənlər.  “Fövqəladə halların idarə olunmasının təşkili”, “Fövqəladə halların monitorinqi və proqnozu”, “Texnoloji proseslərin təhlükəsizliyi”, “Qəza-xilasetmə texnikası” “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “Yanğın təhlükəsizliyi”,İnşaat materialları və məmulatları”, “Materialşünaslıq” “Quru inşaat qarışıqları texnologiyası”, “Kompozisiya materialları texnologiyası”, “Yapışdırıcı materiallar texnologiyası”, “Məsaməli materiallar texnologiyası”, “Nanotexnologiya”, “Beton doldurucuların texnologiyası”, “Betonşünaslıq”, “Beton və dəmir-beton məmulatları və konstruksiyalarının texnologiyası”, “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, və s.

Praktika sahələri. İnşaat-texnologiya fakültəsində təhsil alan tələbələr Respublikada fəaliyyət göstərən qabaqcıl  inşaat materialları və məmulatları istehsalı sənayesi müəssisələrində Akkord STİK ASC,  Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində,  FHN – nin müxtəlif  qurumlarında, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində təcrübə keçirlər.
 
 Tədqiqat sahələri. Fakültədə  “Təhlükəli tullantıların yaratdığı föqəladə hallar və onların idarə olunmasının təkmilləşdirilməsi" , "Məişət tullantılarının yandırılmasından alınan küllərin  inşaat materiallarının hazırlanmasında   tətbiqi"  və “Karbohidrogenlərin funksional törəmələrinin sintezi və tədqiqi”   istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirilir.

İnşaat - texnologiya fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:

  1. Şirinzadə İ.N., "Materialşünaslıq"dərslik , Bakı 2018, s.314
  2. Sərdarov B.S., Həsənzadə Ə.B., Haqverdiyeva T.A., Əkbərova S.M."Betonşünaslıq" dərslik , Bakı 2017, s.461.
  3. Sərdarov B.S., Abbasova S.İ., Quvalov A.A., Qurbanova R.A. “Keramika materiallarının texnologiyası”, dərs vəsaiti, Bakı 2007, s.146.
  4. Sərdarov B.S., Haqverdiyeva T.A. “Beton doldurucularının texnologiyası”, dərslik, Bakı, 2008, s. 204.
  5. Sərdarov B.S., Haqverdiyeva T.A, X.B.Camalova, M.E.Ağazadə  Beton doldurucularının texnologiyası”, metodik göstəriş, bakı, 2017, s.55
  6. Ocaqov H.O., Danyalov D.Ş. “Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları”, dərs vəsaiti, Bakı 2008, s.140.
  7. Sərdarov B.S., Haqverdiyeva T.A., Xəlilov Y.X. “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, dərslik, Bakı, 2007, s.356.
  8.  Ocaqov H.O. “Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi”, dərslik, Bakı 2010, s.398.
  9. Ağabəyli N.M. “İnşaat materialları və məmulatları”, dərslik, Bakı, 2011, s.544.
  10. Haqverdiyeva T.A, R.A.Qurbanova, V.U.Şahmarov, M.Z.Əzimi, X.B.Camalova, Betonşünüslıq”, metodik göstəriş, Bakı, 2017, s.70
  11. Sərdarov B. S., Qurbanova R. A., Əkbərova S. m. “Xüsusi dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı 2011.
  12. Sərdarov B. S., Quvalov A. A., Abbasova S. İ. “Polimer inşaat materialları və məmulatları”,  dərs vəsaiti, Bakı 2011.
  13. Ocaqov H.O. “Fövqəladə halların idarə olunması”, dərslik, Bakı 2011, s.232.
  14. Ocaqov H.O. “The Management of emergency situations”, dərslik, Bakı 2011, s.210.
  15. Sərdarov B.S., Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva “Beton və dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı, 2012, s.388.
  16.  Əliyev Ə.B. “Kimya”, dərslik, Bakı 2012, s.596.
  17.  Əliyev Ə.B. “Kimya praktikumu”, dərs vəsaiti, Bakı.2013, s.312

Beynəlxalq əlaqələr. İnşaat-texnologiya fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların Böyük Britaniyanın Coventry Universiteti,Türkiyənin İstanbul Texniki Universiteti, Sakarya Universiteti, Kimya kafedrası D.İ.Mendeleyev adına “Rusiya Kimya-Texnologiya Universiteti”, Rusiya “Altay Dövlət Politexniki Universiteti”, “Kiyev Dövlət İnşaat və Memarlıq Universiteti”, “Xarkov Dövlət Memarlıq və İnşaat Universiteti”, “Odessa İnşaat və Memarlıq Universiteti”, “Gazi Universiteti”,  “Ümumrusiya Mülki Mühafizə İnstitutu”, “Rusiya Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dövlət Akademiyası”, “Moskva Dövlət İdarəetmə Akademiyası”, “Moskva Dövlət Aviasiya İnstitutu”, “Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu”, “Gürcüstan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutu”, “Avropa irimiqyaslı qəzalar üzrə mərkəz”, “BMT-nin Mərkəzi Asiya və Qafqazda fəlakətlərin təhlükələrinin azaldılmasının Beynəlxalq strategiyası katibliyi”, "Oksfam" Humanitar Təşkilatı İngiltərə, NATO-nun xəttilə “Sülh naminə Beynəlxalq Əməkdaşlıq Təşkilatı” və s. ilə sıx əlaqələri vardır.

Fakültədə   5 professor, 18 dosent, 8 baş müəllim və 12 asistent olmaqla 43 üzv vardır.
Dekan - Haqverdiyeva Tahirə Axi qızı      
 
Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir:

  • Materialşünaslıq kafedrası
  • Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası 
  •  Kimya kafedrası

  • Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11, II tədris binası, otaq № 1106
    Tel : (+994 12) 538 30 91
    Rəsmi Facebook səhifəsi : www.facebook.com
    E-mail: itf@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.