Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi

          Yaranma tarixi- Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindən biri olan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi təhsil sistemində aparılan reformlarla əlaqədar olaraq Universitetin Elmi Şurasının 20.09.2001 tarixli qərarı ilə yaradılmışdır. Bu fakültə Su təsərrüfatı tikintisi və ekologiya,  Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir.
          Fakültə- Hazırda fakültədə 4 istiqamət daxilində 9 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.
          Beynəlxalq əlaqələri- 2014-cü ilin mart ayında fakültənin Ekologiya mühəndisliyi kafedrası və İngiltərənin Northampton Universiteti arasında Tullantıların idarə olunması ixtisası üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən tələbələr birinci il fakültədə, ikinci il isə Northampton Universitetində təhsil almaqla iki magistr diplomu alacaqlar.
          Fakültənin  Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 6 nəfər II kurs magistr tələbəsi  2014-cü ilin sentyabr ayından Beynəlxalq “ECONANO” layihəsində iştirak etmək hüququ qazanmışdır. 
          Fakültə Qlobal Su əməkdaşlığı təşkilatının Asiya və Qafqaz üzrə Regional Texniki Məsləhət Komitəsi (Daşkənd şəhəri), Böyük bəndlər üzrə Beynəlxalq Komitə (London), HERZ (Avstriya) ilə sıx əməkdaşlıq edir.
Almaniyanın Köln və Hollandiyanın Zuyd Universitetləri ilə birlikdə 2005-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti AB-nin CD_JEP 25043(2004) TASİS-TEMPUS proqramı çərçivəsində layihədə iştirak edib. Bu layihə çərçivəsində magistr pilləsində Enerji menecmenti (binalarda) ixtisası üzrə mütəxəssislər hazırlanır.
Fakültənin Ziegen Universiteti, Northampton Universiteti, Florensiya Universiteti  ilə əlaqələri vardır.  
          Fakültədə tədris-  Tədris Azərbaycan və rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı gerçəkləşir:
 
Bakalar pilləsi üzrə
S/S İxtisasın adı İxtisasın kodu
  1.  
Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi 050635
  1.  
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 050637
  1.  
Ekologiya mühəndisliyi 050649
  1.  
Neft-qaz qurğuları mühəndisliyi 050607
Magistr pilləsi üzrə
S/S İxtisasın adı İxtisasın kodu
 1. Enerji menecmenti (Binalarda). İİM. 060628
   2. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 060635
   3. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 060637
   4. Ekologiya mühəndisliyi 060649
   5. Neft-qaz qurğuları mühəndisliyi 060607
         
          Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:

  1. Hidrotexniki qurğular və hidravlika – kafedra müdiri  dos. Qənbərov E.S.
  2. İstilik-qaz təchizatı və ventilyasiya – kafedra müdiri  t.e.n.  prof. Məmmədov N.Y.
  3. Hidrotexniki meliorasiya və hidrologiya – kafedra müdiri  t.e.n. dos. Qəhrəmanlı Y.V.
  4. Ekologiya mühəndisliyi –kafedra müdiri  t.e.d., prof. Əliyev F.Q.
  5. Ali riyaziyyat –  kafedra müdiri  t.e.n. prof. Lətifov F.S.

          Fakültənin təcrübə sahələri- Fakültədə təhsil alan tələbələr tədris və texnoloji təcrübələrini  ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Açıq Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri istilik idarəsi, Neft-qaz tikinti trestində həyata keçirirlər.
          Tədqiqat   istiqamətləri- Fakültədə "Bina və qurğuların mikroiqlimini təmin edən sistemlərin və regional qaz təchizatı sistemlərinin etibarlığının və səmərəliliyinin yüksəldilməsi", "Differensiallanan çoxdəyişənli funksiyalar fəzalarının ümumi nəzəriyyəsinin qurulması və onun xüsusi törəməli differensial tənliklər nəzəriyyəsinə tətbiqi", "Çay və kontinental şelf hidrotexniki qurğu və konstruksiyaların möhkəmlik və dayanıqlıq məsələlərinin tədqiqi", "Azərbaycan Respublikası ərazisində irriqasiya, kollektor-drenaj sistemlərinin və torpaqların meliorasiya vəziyyətinin tədqiqi", "İstilik təchizatı sistemlərində dəniz və şirin suların kombinələşdirilmiş üsulla emalının ekoloji təmiz və iqtisadi səmərəli texnologiyasının işlənməsi və tədqiqi" və "Neft tərkibli istehsalat tullantı sularının təmizlənməsi üçün yığcam qurğuların yaradılması və texnoloji parametrlərinin tədqiqi" mövzuları üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
       Elmi-tədqiqat işlərinin nəticəsi olaraq, elmi əsərlər çap olunur. Fakültə nəzdində "Ekologiya və su təsərrüfatı" adlı elmi-texniki istehsalat jurnalı nəşr olunur. Fakültənin professor-müəllim heyətinin elmi əsərləri "Известия высших технических учебных заведений Азербайджана" jurnalında, "Экоэнергетика" jurnalında, AMEA-nın "Xəbərlər" (Yer elmləri) jurnalında, Moskvanın "Естественные и технические науки" jurnalında, Kiyevin "Новая тема" jurnalında, Moskvanın "Актуальные проблемы современной науки" jurnalında, "Azərbaycan aqrar elmi" jurnalında, "Neft təsərrüfatı" jurnalında və başqa jurnallarda çap olunmuşdur. 
       Fakültənin professor-müəllim heyəti tərəfindən 520 elmi məqalə, 54 dərslik və dərs vəsaitləri, 15 metodik vəsait çap olunmuş və 12 patent alınmışdır.
       Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri  fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur.

1. Əliyev F.Q. və b. Ekologiya , 2012

2.  Məmmədov N.Y. Müasir isitmə sistemləri, 2006.

3. Feyziyev H.Q., Cəlilov M.F. İstilik təchizatı, 2007. 

3. Əliyev F.Q., Məmmədov N.Y., Əkbərova S.M. Su və hava hövzələrinin çirklənmələrdən qorunması, 2008. 

4. Cəlilov M.F. Alternativ regenerativ enerji sistemləri, 2009.

5. Hacıyev Y.Z. İnşaat istilik fizikası, 2009.

6. Mahmudov R.S. Suqəbuleidici qurğular, 2008.

7. Mahmudov R.S. Su kəməri şəbəkələri, 2006.
 
   Dekan: Musayev Zakir Səməd oğlu

Tel: (+994 50) 616 63 34

   Dekan müavini:  Zərbəliyev Mansur Sabir oğlu
Tel: (+994 50) 424 54 44

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11
Tel:  (+994 12) 539 06 19
Mob: (+994 50) 616 63 34

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.