Xəbərlər və elanlar

Türkiyə səfirliyinin Təhsil Müşavirliyi AzMİU-nun türkiyəli tələbələri ilə onlayn konfrans keçirib.

     İyunun 9-da  Türkiyənin ölkəmizdəki səfirliyinin Təhsil Müşavirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili dekanlığının təşkilatçılığı ilə universitetimizdə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini təşkil edən Türkiyə Cumhuriyyəti vətəndaşları ilə Zoom platforması vasitəsilə onlayn konfransı  keçirilib.

     Konfransda təhsil müşaviri Nihat Böyükbaş, AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan  Polad Sadıkov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və türkiyəli tələbələr iştirak edib. Tələbələrə qarşıdakı imtahan sessiyasının təşkili və gedışatı barədə ətraflı  məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

                                                                                                                                                                          09.06.2020

_____________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi tələbələrindən Mesaj

Linkə daxil olaraq videoya baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=o1s0jUCjzJM&feature=youtu.be

                                                                                                                                                        20.04.2020

________________________________________________________________________________________________________

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar universitetimizdə təhsil alan əcnəbi tələbələr Xocalı qurbanlarının xatirəsini yad ediblər.

                                                                                                                                                                                      26.02.2020

______________________________________________________________________________________________________

AzMİU-da “Beynəlxalq Tələbə Həftəsi” başlayıb

      Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində universitetə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün maraqlı və yaddaqalan  tədbirlər planı hazırlanıb. Tədbirlər planında müxtəlif görüşlər, universitetdaxili tanışlıq, paytaxtda ekskursiyalar və s. silsislə tədbirlər nəzərdə tutulub.   
      İlk gündə rektorluqla əcnəbi tələbələrin görüşü keçirilib, onlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri barədə geniş məlumat verib. Bu gün isə əcnəbi tələbələr universitetlə yaxından tanış olublar, Heydər Əliyev muzeyi və Sərgi salonunu gəziblər. Növbəti günlərdə tələbələrin paytaxtla tanışlığı, Bakının görməli, gəzməli yerlərinə səyahətləri planlaşdırılıb. Tədbirlərin sonunda əcnəbi tələbələr arasında  “Bakını nə qədər tanıyırsınız?” adlı yazı müsabiqəsi də  keçiriləcək.  
      Məlumat üçün qeyd edək ki “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir. 

_______________________________________________________________________________________________________

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin  100 illiyinə həsr edilmiş sərgi açılmışdır.Sərgidə tələbələrin kurs işləri və buraxlış işləri nümayiş etdirilib.Universitetin 2019-cu il bakalvr məzunu İran vətəndaşı Ulduz Soleymanianın buraxılış işi MOOCAO-nın Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 1-ci dərəcəli diploma layiq görülmüşdür.

____________________________________________________________________________________________

Türkiyənin ölkəmizdəki səfiri AzMİU-da türkiyəli tələbələrlə görüşüb.

     Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin təhsil müşaviri Nihat Böyükbaş bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşüblər. 
     Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva rektorluq adından səfiri salamlayıb, tələbələrlə belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə dostluğu yalnız siyasətdə deyil, həm də elmdə və təhsildə böyük uğurlar qazanıb. “Bu münasibətlər təhsilimizdəki birgə uğurlarımız üçün möhkəm təməldir”. 
     Səfir E.Özoral görüşün keçirilməsindən məmnun qaldığını bildirərək yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib. O, çıxışında Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlərdən danışıb, AzMİU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. Səfir tələbə-gənclərə yaxşı oxumağı, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi, xalqı, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə edib. 
     Görüşün sonunda tələbələrin arzu və istəklərini dinləyən səfir, onların problemləri ilə də maraqlanıb, sualları cavablandırılıb.

____________________________________________________________________________________________

    Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan əcnəbi tələbələr ümummilli lider,görkəmli dövlət xadimi Heydər Əliyevin anım günündə mərhumun məzarını ziyarət edib,məzarı önünə gül dəstələri qoyublar.

___________________________________________________________________________________________

                       AzMİU-nun əcnəbi tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili üzrə dekanlığında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb.Guşədə 1990-cı ilin yanvar günlərində Bakıda baş verən faciəvi günlərə həsr olunmuş fotoşəkillər,kitablar və materiallar nümayiş olunub.Dünyanın müxtəlif ölkələrindən AzMİU-da oxuyan əcnəbi tələbələrə 20 Yanvar faciəsi,bu faciəni törədən işğalçı sovet rejimi,onun rəhbərliyi barədə ətraflı məlumat verilib.

      Fakültənin dekanı Polad Sadıkov tələbələrə bildirib ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları paytaxtda,eləcə də bölgələrdə dinc əhaliyə amansızcasına divan tutub,günahsız insanlarımız – qocalar, qadınlar, gənclər, hətta uşaqlar  həyatlarını itirib. Həmin gün öz ölkəsinin,xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 

     Dekan müavini Kəmalə Sərdarova vurğulayıb ki,bütün təzyiqlərə baxmayaraq,mənfur rejim xalqımızın mübarizlik əzmini,azadlıq istəyini boğa bilmədi.Azərbaycan canı,qanı bahasına müstəqilliyinə qovuşdu,70 illik imperiya müstəmləkəsindən qurtuldu.O qeyd edib ki,bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq,xalqımız o müdhiş gecəni, həmin günlərdə şəhid olan oğul və qızlarını daim xatırlayır,bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

     Sonra əcnəbi tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər,Azərbaycanın müstəqilliyi,azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarına tər qərənfillər düzüb,onların ruhuna dualar oxuyublar.

_________________________________________________________________________________________________________

                    AzMİU-nun diplomlarının İordaniyada tanıdılması üçün ilkin addımlar atılır

      İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,professor Gülçöhrə Məmmədova ilə görüşüb.Görüşdə universitetin Tədris işləi üzrə prorektoru Akif Qasımov,Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva,Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev,Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov iştirak edib. 
      Səmimi şəraitdə keçən görüşdə iordaniyalı tələbələrin AzMİU-da təhsil almaları üçün müəyyən addımların atılması və bu tələbələrin diplomlarının öz ölkələrində tanınması məsələsi bir daha müzakirə olunub.Səfir Sami Asem Abdullah Ğoşeh ötən ilin noyabrında universitetə ilk səfəri zamanı müzakirə olunan bu məsələ ilə bağlı İordaniyanın Təhsil Nazirliyində görüşlər keçirdiyini rektorun diqqətinə çatdırıb.Cənab Goşeh bildirib ki,onun ölkəsi diplomların tanınması məsələsinə müsbət yanaşır və bu istiqamətdə nazirlikdə artıq işlərə başlanılıb.İordaniyanın təhsil nazirinin məktubunu rektora təqdim edən səfir yaxın günlərdə ölkəsindən nümayəndə heyətinin  tanışlıq məqsədi ilə universitetə səfər edəcəyini bildirib.Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
     Görüşdə həmçinin,tələbə-müəllim mübadiləsi,təqaüd və təcrübə proqramları,təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında müzakirələr aparılıb.

                                                                                                                                                                                             30.01.2020

______________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan bir qrup əcnəbi tələbə 24 fevral tarixində Təhsil Nazirliyində təşkil olunmuş "Xocalını xatırlayıram" adlı tədbirdə iştirak etmişdir.

                                                                                                                                                                  25.02.2020   

_______________________________________________________________________________________________________

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.