Tədris işləri üzrə prorektor

Texnika üzrə fəlsəfə doktoru, dosent - Akif  Fazil oğlu Qasımov

1991-cı ildə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1991-1994-cü illərdə gənc mütəxəsis kimi  S.Ə.Dadaşov  adına  ETTMİ-də mühəndis  vəzifəsində  çalışıb.

1994-cü ildən  Azərbaycan Memarlıq və İnşaat  Universitetində  işə başlayıb.

1994-cü ildən “İnşaat, yol və meliorasiya maşınları”  indiki  “Texnoloji  maşın və avadanlıqlar” kafedrasında  assistent, baş müəllim, dosent vəzifəsində  işləyib.

1995-1999-cu  illərdə  Universitetin “İnşaat, yol və meliorasiya maşınları” kafedrasında aspiranturada oxuyub.

2003-cü ildə “Suötürücü kanalların qazılması üçün frez-tullayıcı tipli işçi orqanın tədqiqi və parametrlərinin  əsaslandırılması”  mövzusunda  namizədlik dissertasiyasını  müdafiə  edib və texnika  elimlər namizədi , texnika üzrə fəlsəfə doktoru  elmi dərəcəsini almışdır.

1994-2000-ci illərdə Universitetdə  Rektor  köməkçisi vəzifəsində işləyib.

2002-2011-ci illərdə  Azərbaycan Memarlıq və İnşaat  Universitetinin “Mexanikləşdirmə və avtomatlaşdırma”  (indiki  “Mexanika və informasiya texnologiyaları”) fakültəsində  dekan  müavini  vəzifəsində  çalışıb.

 2011-2016-cı illərdə  Mexanika və İnformasiya  texnologiyaları  fakültəsində dekan  vəzifəsində  çalışıb.

 2016-cı ildə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədris  işləri  üzrə  prorektor  vəzifəsinə  təyin  edilib.

Onun 40-a yaxın elmi və metodik əsərləri var. O cümlədən 2 dərs vasaitinin, 5 metodik vəsaitin müəllifidir.

Tel: (+99412) 539 07 45
Fax: (+99412) 498 78 36
E-mail:akif.qasimov@azmiu.edu.az
          ak675@mail.ru

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.