Memarlıq və dizayn ixtisaslarına qəbul qaydaları

Memarlıq və dizayn ixtisaslarına qəbul digər ixtisaslardan fərqlənir. Burada test imtahanları ilə yanaşı abituriyentlər xüsusi qabiliyyət imtahanı verirlər. Bu səbəbdən həmən ixtisasları seçən abituriyentlər aşadıdakıları bilməlidirlər.

     Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin xüsusi qabiliyyət tələb edən Memarlıq ixtisası I ixtisas qrupuna daxildir. 
   I ixtisas qrupuna daxil olan memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər. 
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin xüsusi qabiliyyət tələb edən Dizayn ixtisası V ixtisas qrupuna daxildir. 
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 

2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin,  “Dizayn” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

Rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcəkdir və tapşırığın işlənməsinə 8 akademik saat vaxt verilir.

Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.