Əcnəbi tələbələrin qəbulu
Universitetə əyani və qiyabi şöbələrə əcnəbilərin qəbulu hər tədris ili avqust ayının 25-dən sentyabr ayının 15-nədək aparılır. Dərslər sentyabr ayının 15-i başlanır.
Universitetdə bakalavr pilləsində əyani şöbədə təhsil müddəti 4 il, qiyabi şöbədə isə 5
ildir. (Memarlıq və Dizayn ixtisaslarında qiyabi təhsil yoxdur). Magistr pilləsində təhsil müddəti əyani şöbədə 2 il, qiyabi şöbədə isə 2,5 ildir.
AzMİU-da təhsil bütün ixtisaslar üzrə azərbaycan və rus , memarlıq və inşaat mühəndisliyi ixtisasları üzrə ingilis dilində aparılır.
Əcnəbilər universitetdə təhsil almaq üçün aşağıdakı sənədləri təqdim edir:
-seçdikləri ixtisas,tədris dili və təhsilalma forması göstərilməklə universitetə qəbul üçün təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
-əvvəlki təhsil pilləsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış təhsil haqqında sənəd;
- sağlamlıq ,o cümlədən QİÇS,Hepatit B və C viruslarının daşıyısı olmaması haqqında arayış;
- etibarlı sərhədkeçmə sənədi;
- 6 ədəd 3x4 ölçüdə foto;
-tədris dilindən imtahan verilməsi barədə sertifikat
-fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.
Əcnəbilərin dil səviyyəsi universitetdə təşkil olunmuş komissiya tərəfindən müəyyən olunur.
Seçdikləri dilə uyğun təhsil almaq istəyən əcnəbilər birbaşa AzMİU-nun I kursuna aşağıdakı
hallarda qəbul oluna bilər:
- ali və orta təhsil müəssisəsini azərbaycan,rus və ya ingilis dilində birtirmə sənədini təqdim etdikdə;
- ingilis dilində təhsil almaq üçün beynəlxalz imtahan formaları üzrə yeterli bal topladığı halda(bakalavr üçün İELTS-5.0 bal;TOEFL-40 bal;sonrakı təhsil səviyyələri üçün İELTS-5,5 bal,TOEFL-50 bal).
- Azərbaycan Respublıkasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində təhsil almaq üçün müraciət edənlər;
Yuxarıda göstərilən şərtlərə uyğun sənədlər olmadığı halda əcnəbilər universitetin nəzdində dil hazırlığı kurslarını keçərək müvafiq sənəd almalıdır.
Əcnəbi tələbə ilə universitet arasında təhsil barədə müqavilə bağlanır və bu müqavilə tam təhsil müddəti üçün qüvvədədir.. Təhsil haqqı hər semestrin əvvəlində tələbə tərəfindən təsdiq olunmuş məbləğdə ABŞ dolları ilə ödənilir. I kursa qəbul olunmuş tələbələr təhsil haqqını tədris ilinin əvvəlində tam ödəməlidirlər.
Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 1 illik müvəqqəti yaşamaq hüququ verilməklə qeydiyyatı aparılır (www migration.gov.az)
Təhsildə yüksək göstəricilər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistraturada davam etdirə bilirlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən və dil hazırlığına dair sənədi olmayan əcnəbilər magistraturada təhsil almaq üçün dil kurslarını keçməlidirlər.
Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən əcnəbilər doktoranturada təhsil ala bilərlər. Doktoranturada təhsil almaq istəyənlər üçün əsas şərtlərdən biri seçilmiş ixtisas profilinə uyğun referat və ya məqalənin təqdim olunmasıdır. Magistraturanı Azərbaycan Respublikasında bitirməyən əcnəbilər dil kurslarını da keçməlidirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 2016/2017-cı tədris ili üçün təhsil haqqları
(Əcnəbi vətəndaşlar üçün ABŞ dolları ilə)
Bakalavr Pilləsi | ||
İxtisaslar | Əyani | Qiyabi |
Memarlıq | 2500 | - |
Digər ixtisaslar | 2000 | 1800 |
Magistratura | ||
Memarlıq | 2500 | |
Digər ixtisaslar | 2000 | 1800 |
Doktorantura | ||
Bütün ixtisaslar | 3000 | 2500 |
Hazırlıq | 1000 | |
Dil kursları | 700 |
Ünvan : AZ 1073, Bakı, A.Sultanova küç.11, I tədris binası
Beynəlxalq əlaqələr üzrə prorektor:
Tel: (+994 12) 539 07 48;
e-mail: prorektor-ir@azmiu.edu.az;
Əcnəbi tələbələrin təhsili dekanlığı:
Tel: (+994 12) 538 94 01;
e-mail: ettf@azmiu.edu.az;
Əcnəbi tələbələrin hazırlıq fakültəsi :
Tel: (+994 12) 510 21 09;
e-mail: htf@azmiu.edu.az;
gulnara.asgaralizada@azmiu.edu.az
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.