AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir

           Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) daxil olan 1730 abituriyentdən 1500 nəfəri portal.edu.az saytı vasitəsilə onlayn müraciət edib. Onlardan 1294nəfəri artıq qeydiyyatdan keçib, universitetə qəbul olunması haqqında məlumat abituriyentlərin möbil nömrələrinə göndərilib. Bu günə olan məlumata görə, qeydiyyat prosesi davam edir, müraciətlərə baxılır, hazırda 50 nəfərin sənədi araşdırılma mərhələsindədir.

           Məlumat üçün qeyd edək ki, hər bir abituriyentin müraciətinə fərdi qaydada baxılır, ortaya çıxan çətinliklər operativ aradan qaldırılır, abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərilir. Eyni zamanda şöbənin əməkdaşları qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərin elektron poçt vasitəsilə ünvanladıqları sualları da cavablandırırlar.  

 

           

 

13-09-2021