AzMİU-nun son nailiyyətləri KİV-də və dövri nəşrlərdə

          Məlum olduğu kimi, Böyük Britaniyanın "The Times Higher Education" nəşri  dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini  (Impact Rankings -2021) tərtib edib. 

         “Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.  Reytinq  universitetlərin 4 geniş sahədə - tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.

          THE-nin sayca 3-cü “Impact Rankings”  nəşrinə dünyanın 94 ölkəsindən (region)  1115  universitet daxildir.  İlk dəfə olaraq ümumi reytinqə Böyük Britaniyanın  Mançester Universiteti başçılıq edir.  Avstraliyanın üç ali təhsil müəssisəsi - Sidney,  RMIT  və La Trobe universitetləri ilk dördlükdə təmsil olunurlar.

          Dünya reytinqinə Azərbaycanın isə 6 ali təhsil müəssisəsi daxildir. Bu təhsil müəssisələri içində bizim   Azərbaycan Memarlıq və İnşaat Universiteti  də 801-1000 aralığında yer alıb. Bu hadisə universitetimiz üçün çox böyük uğur və sevindirici bir hadisədir.

          Universitetimizin  bu böyük nailiyyətini rəsmi internet saytımız ilə yanaşı, ölkəmizin bir sıra internet portalları, kütləvi informasiya vasitələri də (www.az.trend.az, www.nevs.day.az, www.mektebgushesi.az, www.525.azwww.azertag.az,   www.ain.az, www.mtm.az və s. ) paylaşaraq uğurumuza şərik olub.

          Universitetin rəhbərliyi adından bizə dəstək olan, hər zaman universitetimizdəki ən son yenilikləri, qazandığımız uğurları  daha böyük kütlələrə çatdırılmasında vasitəçi olan internet portallarına və onların rəhbərlərinə öz dərin minnətdarlığımızı bildiririk.

          Aşağıdakı linklərə keçid edərək daha ətraflı məlumat ala bilərsiniz:

https://azertag.az/xeber/Azerbaycan_Memarliq_ve_Insaat_Universiteti_beynelxalq_reytinq_cedvelinde_en_yaxsi_universitetler_arasinda_yer_alib-1763829   

https://az.trend.az/azerbaijan/society/3413778.html


https://news.day.az/azerinews/1336643.html


https://mektebgushesi.az/2021/04/23/az%C9%99rbaycan-memarliq-v%C9%99-insaat-universiteti-times-higher-education-impact-rankings-2021-reytinq-c%C9%99dv%C9%99lind%C9%99-dunyanin-%C9%99n-yaxsi-universitetl%C9%99ri-arasind/


https://525.az/news/166786-azmiu-dunyanin-en-yaxsi-universitetleri-arasinda?

 

https://mtm.az/x%C9%99b%C9%99rl%C9%99r/azmiu-times-higher-education-impact-rankings-2021-reytinq-c%C9%99dv%C9%99lind%C9%99-dunyanin-%C9%99n-yaxsi-universitetl%C9%99ri-arasinda/?fbclid=IwAR1ErsLJkJQVIfCTXfkDVLkR9AkCL9Eiego1om1R7pWBEfdwFPVeF8v_x60

 

http://www.ain.az/az/azmiu-ldquotimes-higher-education-impact-rankings-2021rdquo-reytinq-cedvelinde-dunyanin-en-yaxshi-universitetleri-arasinda?fbclid=IwAR2nVyNWhaIlOvdDqMrVyt2h4l14wiY8ZdDfdssGkrpAow_nrMV9zUE9lkc

 

 

 

29-04-2021