AzMiU-nun tələbələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
      Onlayn formada keçirilən dərslərə qoşulan tələbələr “Zoom” hesablarındakı profil şəkillərini şəhidlərin fotoları ilə əvəzləyiblər. Nəqliyyat fakültəsinin 449a1 qrupunda  öncə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Memarlıq fakültəsinin 170a qrup tələbələri isə şəhidlərimizin şəkillərindən ibarət video-çarx nümayiş etdiriblər.
     Mexanika və informasiya texnologiyaları fakültəsinin 890a2 qrup , İnşaat-texnologiya fakültəsinin 697a, TİF fakültəsinin 770a1 və 770a2 qrup tələbələri profillərindəki şəkilləri şəhidlərimizin şəkilləri ilə əvəz edib, onların adları ilə dərsə daxil olublar.

06-12-2020