AzMİU-da onlayn dərslərin təşkili uğurla davam edir

       Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn dərslər uğurla davam edir. Noyabrın 2-dən 15-nə qədər olan müddətdə  6234 onlayn dərs qeydə alınıb.  Bu dərslərə 226863 tələbə daxil olaraq iştirak edib.
      Qeyd edək ki, dərs cədvəli üzrə olan bütün dərslərin linkləri İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi (İKT) tərəfindən müəllimlərin elektron jurnalına  və tələbələrin şəxsi  kabinetinə yerləşdirilir. 
 

19-11-2020