Logistika ixtisasında oxuyan tələbələr üçün master-klass

    Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsində bu tədris ilində logistika ixtisasına qəbul olunan birinci kurs tələbələri üçün onlayn master-klass keçirilib. Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan İmamquliyev tərəfindən keçirilən master-klasda tələbələrə logistika ixtisasının əsas keyfiyyətlərindən danışıb. Eyni zamanda o, təsərrüfatların, əhalinin yük və sərnişin daşımalarına olan tələbatlarının tam, vaxtında və keyfiyyətlə ödənilməsi üçün öz məsləhət və tövsiyələrini verib. 

13-11-2020