İnşaatçı tələbələrimizdən Orduya dəstək fləşmobu

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə maraqlı fləşmob keçirib.

          AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutan fləşmobda tələbələrimiz əllərində “Dağıdılan kəndləri biz tikərik” sloqanı yazılmış plakatlar tutaraq Ordumuza bu cür dəstək olublar. Bununlada gələcəyin qurucuları olan inşaatçı tələbələr hər zaman dövlətimizin və xalqımızın yanında olduqlarını nümayiş etdiriblər.

03-10-2020