AzMİU Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü

          Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürdü.

          Bu qərar AzMİU-nun Elmi Şurasının dünən keçirilən növbədənkənar iclasında verilib. Elmi Şura üzvlərinin iclasda qəbul etdikləri qərar layihəsində bildirilir ki, torpaqlarımızın erməni işğalından azad olması, Vətənimizin bütövlüyü uğrunda döyüşən qəhrəman Ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşımızın mənəvi borcudur. “Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir! Biz böyük zəfərlər astanasındayıq. Yolumuz haqq yoludur və inanırıq ki, qələbə bizimlədir!”

          Onu da xatırladaq ki, bundan əvvəl də AzMİU tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat yardım olunmuşdur.

 

1. https://mektebgushesi.az/2020/10/02/azmiu-silahli-quvv%C9%99l%C9%99r%C9%99-yardim-fonduna-50-min-manat-v%C9%99sait-kocurdu/

2. https://azedu.az/az/news/35208--azmiu-silahli-quvvelere-yardim-fonduna-50-min-manat-vesait-kocurdu-

3. https://modern.az/az/news/258273

4. http://www.xezerxeber.az/son_x%C9%99b%C9%99r/308590.html

5.https://www.unikal.org/news/261025/azmiu-silahli-quvvelere-yardim-fonduna-50-min-manat-vesait-kocurdu

6.http://davam.az/70992-memarlq-v-naat-universiteti-silahl-qvvlr-yardm-fonduna-50-min-manat-vsait-krb.html

 

02-10-2020