MAGISTRATURAYA SƏNƏD QƏBULUNUN QAYDALARI

Magistraturaya daxil olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
  1. Diplomun surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
  2. Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış;
  3. Şəxsiyyət vəsiqəsinin surəti;
  4. 3/4 ölçüdə rəngli fotoşəkil;
  5. Ödənişli əsasla magistraturaya qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.
  6. DIM-in səhifəsindən qəbul olduğu barədə  çıxarış

 İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir: 

1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

  • şəxsiyyət vəsiqəsinin surəti;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • ölüm haqqında şəhadətnamənin surəti;
  • valideynin əlillik haqqında sənədinin surəti.

*2. Məcburi köçkün olan bakalavrlar:

  • özünün məcburi köçkün vəsiqəsinin surəti;
  • özünün şəxsiyyət vəsiqəsinin surəti.

*3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödəniş­li əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.

4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurulu­şu­­nun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır):

  • doğum haqqında şəhadətnamənin sürəti;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • əlillik haqqında arayış.

5. Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar:

  • Şəhid ailəsi vəsiqəsinin surəti;
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • 23 yaşı tamam olanakimi azad olunur.

Sənədlər  06.07.2020 - 15.07.2020-ci il tarixinədək qəbul edilir.

 Qeyd: Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə yuxarıda göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini digər sənədləri Magistratura Mərkəzinə təqdim etməlidirlər.

 

AzMIU magistraturaya onlayn qeydiyyatın forması:

https://bit.ly/azmiumag2020

 

Mobil telefon: +994556530470

Whatsapp: +994556530470

06-07-2020