AzMİU TGT insanları karantin qaydalarına riayət edərək maskadan istifadə etməyə səsləyir

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) #maskadanistifadəet xəşteqi altında yeni layihə keçirib. Layihədə  təşkilatın sədri Ülkər Həsənova , müavinləri Fəxri Nəbiyev və Fərid Quliyev , təşkilatın “Memarlıq” fakültəsi üzrə sədri Gülnar Həsənova, “İnşaat” fakültəsi üzrə sədri Günay Bəşirli, “İnşaat-Texnologiyaları” fakültəsi üzrə sədri Miri Talıbov, “STMKS” fakültəsi üzrə sədri İsa Sədiyev, “MİT” fakültəsi üzrə sədri Rəşad Əliyev, “AzMİU Conversation Club”un rus və ingilis bölməsi üzrə müvafiq sədrləri Nuranə Babazadə və Nərminə Hüseynli, həmçinin fakültə sədrlərinin müavinləri iştirak ediblər.  Layihənin əsas məqsədi insanları virusdan qorunmaq üçün maskadan istifadə etməyə səsləməkdir.

04-07-2020