AzMİU-da tələbələr onlayn imtahanları müvəffəqiyyətlə verirlər

             

           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada öz işinə başlayıb. İlk növbədə buraxılış kurslarında tələbələrin yekun atesstasiyalara buraxılmaları üçün altdərslərin imtahanlarında iştirak etməklə  akademik borclarının ləğv etmələri üçün şərait yaradılıb. Bu məqsədlə universitet Elmi Şurasının qərarı ilə  iyunun 4-də buraxılış kurslarında təhsil alan tələbələrin alt dərs və təkrar imtahanları keçirilib. Bütün imtahanlar onlayn rejimdə test və yazılı üsulla keçirilib.             

            İmtahan cədvəlləri universitetin İmtahan mərkəzi tərəfindən hazırlanaraq İKT mərkəzinə təqdim olunub, imtahan qaydaları tələbələrə izah edilib. Onu da qeyd edək ki, imtahanların keçirilməsi üçün texniki çəhətdən lazımı avadanlıqlarla təchiz olunmuş imtahan nəzarət-proktor otağı fəaliyyət göstərir. Xüsusi təlim keçmiş koordinatorlar tələbələrin imtahanlara daxil olmaları və imtahan zamanı yaranan problemlərin vaxtında aradan qaldırılmasını təmin edirlər. İmtahanlarda iştirakı nəzərdə tutulan 249 tələbədən 187-si (75 %) imtahana qoşulub, intahana daxil olanlardan 171-i (91 %) imtahanı müvəffəqiyyətlə verib. Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb. Yazılı imtahanlar verilmiş xüsusi giriş kodu vasitəsilə sistemə daxil olmaqla fənn müəllimləri tərəfindən yoxlanılır. İmtahanların gedişi tədris işləri üzrə  prorektor, dekanlar və kafedra müdirləri tərəfindən izlənilib.

10-06-2020