AzMİU-da "İş yerlərində risklər və onların idarə olunması" mövzusunda vebinar keçirilib

          Mayın 17-də  İnşaat–texnologiya fakültəsi və Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının təşkilatçılığı ilə "İş yerlərində risklər və onların idarə olunması" mövzusunda vebinar keçirilib. Təşkil olunmuş vebinarda AzMİU-nun İnşaat-texnologiya fakültəsinin müəllim kollektivi və tələbələr iştirak etib. Vebinarda qonaq qismində SOCAR-ın Nəqliyyat idarəsinin Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük mühəndisi Cavid Qafarov və Azərsu ASC-nin Sukanal ETLİ-nin böyük elmi işçisi Məmməd Hüseynzadə iştirak edib. Ümumilikdə 100-dən çox tələbə könüllü olaraq vebinarda iştirak edib.

          Sonda qonaqlara çıxış etdikləri mövzular üzrə müəllimlər və tələbələr tərəfindən suallar verilib və suallar ətraflı cavablandırılıb.

          Qeyd: Hər iki qonaq AzMİU-nun 2007 -ci il məzunudur.

 

18-05-2020