AzMİU-nun Gənc Müəllimlər məktəbinin növbəti seminarı online şəkildə keçirilib

     Aprelin 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər məktəbinin növbəti seminarı online şəkildə keçirilib.  Seminara universitetimizin dekanlıq, kafedra, habelə ayrı-ayrı şöbələrindən 50-yə yaxın müəllim və əməkdaşlar qoşulub. İlk seminar Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının dosenti Səyavuş Gözəlov tərəfindən keçirilib.  Seminarda müəllimlərin məlum vəziyyətlə əlaqədar online tədrisə münasibəti, dərslərin keçirilmə qaydaları, müəllimlərin bu dərslərə hazırlıq prosesi, online sistemdə tədris zamanı yaranan metodiki problemlər, tələbələrin  dərslərə cəlbolunması və həvəsləndirilməsi kimi məsələlər müzakirə olunub.

     Seminar İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın, Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının dosenti Səyavuş Gözəlovun və əməkdaşların  mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

     Sonda seminar iştirakçıları belə bir təlimin təşkilində əməyi keçən professor-müəllim heyətinin üzvlərinə öz  təşəkkürlərini bildiriblər.

25-04-2020