Tələbələrimiz Creative Spark proqramı çərçivəsində sonuncu təlimlərdə fəal iştirak ediblər

     23-24 aprel tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) British Council şirkətinin təşkil etdiyi Creative Spark proqramı çərçivəsində English Club kurslarının tələbələrlə sonuncu  online dərsləri keçirilib.  Böyük Britaniyadan olan müəllimlər və mütəxəssislər online dərslərə qoşulublar. Tələbələrimiz dərslərdə çox fəal iştirak ediblər. Onlar  maraqlı layihələr hazırlayıb və prezentasiyalar təqdim ediblər. Memarlıq və İnşaat fakültəsinin tələbələri hazırlığı və fəallığı ilə xüsusilə seçilib. British Council şirkəti və partnyorlarımız tələbələrin fəallığından çox razı qaldıqlarını bildirib və bizə təşəkkür məktubu yollayıblar. Sonuncu dərslər online şəkildə davam edəcək. Dərsləri Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva aparıb.

24-04-2020