AzMİU TGT-nin təşkilatçılığı ilə bayram konserti

     31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə   bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) konsert proqramı təşkil olunub.  Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ərsəyə gələn proqramda  professor-müəllim heyəti və tələbələr iştirak ediblər.  Bayram  tədbirində öncə dövlət himni səslənib. 
     AzMİU-nun TGT sədri Ülkər Həsənova Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitet kollektivini təbrik edib. Yeni ildə onlara sağlamlıq, xoşbəxtlik, yüksək naliyyətlər arzulayıb. 
     Universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov 2019-cu ili AzMİU üçün ən əlamətdar və  səmərəli illərdən biri kimi dəyərləndirib. Cari ildə universitetin həyatında və tədrisdə bir çox nailiyyətlərin qazanıldığını deyən prorektor uğurların hər birində AzMİU-nun rektoru Gülçöhrə Məmmədovanın əməyinin danılmaz olduğunu vurğulayıb.  Qarşıdan gələn yeni ilin Azərbaycan xalqı, həm də universitet üçün uğurlu olacağına ümidvar olduğunu bildirib.  Prorektor, həmçinin Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 
     Daha sonra tədbir gənc və istedadlı müğənnilərin rəngarəng konsert proqramı ilə davam edib. 

27-12-2019