AzMİU əcnəbi tələbələrini mükafatlandırıb

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin 10 tələbəsinə  universitet rəhbərliyi adından mükafatlar təqdim olunub. Artıq ənənə halını alan mükafatlandırma mərasimində 2019-cu tədris ilində həm təhsildə, həm də universitetin ictimai həyatında fərqləndiklərinə görə mükafata layiq görülüblər. 
     Mükafatlandırma mərsimində Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli, kafedranın müəllimləri və əcnəbi tələbələr iştirak ediblər. 
     Beynəlxalq əlaqələr üzrə prorektor N.Abdullayeva təhsildə fərqlənən və dərslərdə davamiyyətə, nizam-intizama riayət edən tələbələrin mükafatlandırıldığını deyib. Ümidvar olduğunu bildirib ki, tələbə yoldaşlarının uğurları digərlərinə də müsbət təsir edəcək, onların daha səylə çalışacağına təkan verəcək. N.Abdullayeva bu il tələbələrin mükafatlandırılmasında AzMİU-nun ən yaxşı partnyorlarından olan “AzerGold” QSC-nin xidməti olduğunu diqqətə çatdırıb, şirkətin rəhbərliyinə rektorluğun aından təşəkkürünü bildirib. Çıxışının sonunda o, tələbələri 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib, imtahanlarda uğurlr diləyib. 
     Strateji inkişaf üzrə prorektor Ü.Səttarova mükafatlandırma mərasiminin əcnəbi tələbələrə imtahanlarda stimul olacağını, digər  əcnəbi tələbələrimizin də təhsilə və ictimai həyata olan maraqlarını bir qədər də artıracağını söyləyib. O vurrğulayıb ki, universitet rəhbərliyi hər zaman davamiyyəti, təhsili, nizam-intizamı ilə seçilən tələbələrin yanındadır, onlara hər cür dəstək verməyə hazırdır. Ü.Səttarova da təbriklərə qoşulub, imtahan sessiyasında tələbələrə uğurlar arzulayıb. 
      Sonra təhsildə və universitetin ictimai həyatında fərqlənən Hazırlıq fakültəsinin tələbələri - Melike Pelin İstemi (Türkiyə), Nazlı Cerit Saim (Türkiyə), Çağatay Atıcı (Türkiyə), Kerem Kudeyt (Türkiyə), Mina Nabiyeva (Gürcüstan), Gunel Mardaliyeva (Türkmənistan) və başqalarına hədyyələr verilib, sertifikatlar təqdim olunub.           

27-12-2019