Memarlıq fakütəsinin birinci kurs tələbələrinin sərgisi açılıb

           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin 1-ci kurs 169 a dizayn qrupunun tələbələrinin fərdi yaradıcılıq sərgisi keçirilib. Sayca 134-cü olan sərginin açılış mərasimində fakültə dekanları, müəllimlər və tələbələr iştirak edib. 
          Açılış nitqi ilə çıxış edən Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova işlərini sərgiyə təqdim edən tələbələri ilk uğurları münasibəti ilə təbrik edib, onlara yeni yaradıcılıq naliyyətlər arzulayıb. Çıxış edən digər qonaqlar da təbriklərə qoşulublar. 
         Açılış mərasimindən sonra sərginin rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları tələbələrin əl işləri ilə tanış olublar. Əsasən yağlı boya, akvarel, quaş və karandaşla çəkilən rəsmlər, strinq art üslubunda olan əl işləri izləyicilər tərəfindən maraqla qarşılanıb. Portret rəsmlərə daha çox üstünlük verən Aytac Azayevanın rəsmləri xüsusi ilə fərqlənib. Gənc dizaynerin müxtəlif yaş kateqoriyalarında olan insan portretlərindən ibarət rəsm qalereyası (“Qayğıkeş nənə”, “Qoca sehrbaz”, “Qozbel”, “Dəniz qızı”, “Sofiya” və s. )inandırıcılığı və təbiliyi ilə başqalarından seçilib. Onunla yanaşı digər tələbələr – Fərəh Adıgözəlzadə,  Fidan Məmmədli, Fazilə Hüseynova, Flora Qarayeva, Nərminə Əsədova, Günel Seyidzadə, Sara İbrahimova və başqalarının mənzərə, natürmot və portret janrında rəsmləri, Nuray Nuruyevanın daşlar üzərində yaratdığı təsviri işləri sərgidə nümayiş olunub.     
 

20-12-2019