"Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransın bir bölməsi AzMİU-da keçirilib

     Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə  "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
     İşini 6 bölmə iclası ilə davam etdirən konfransın texnika və texnologiya elmləri  istiqamətli bölməsi Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilib. 
     Bölmə iclasının sədri, AzMİU-nun  Elm və texnika işləri üzrə  prorektoru, professor Arif Şərifovun rəhbərliyi ilə keçən iclasda müxtəlif mövzulara həsr olunan 10-a yaxın məruzə dinlənilib. İclas hər iki universitetin alimləri, müəllim və tələbə heyətinin  məruzələr ətrafında  çoxsaylı sualları,  qızğın müzakirələri ilə yadda qalıb. 


 

19-12-2019