İlqar Əmirov geomatika və geodeziya mühəndisliyi ixtisaslarının tələbələri üçün seminar keçib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini İlqar Əmirovun rəhbərliyi ilə seminar keçirilib.

Seminar Geomatika kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə gerçəkləşdirilib. 

Seminarda Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı Geomatika kafedrasının müdiri Saçlı Qəniyeva, dekan müavini Etibar Quliyev, AZMİU TEC-nin sədri Günel İmamquliyeva, Nəqliyyat fakültəsi TEC-nin sədr müavini Rəna Xankişiyeva da iştirak edib. 

İlqar Əmirov Geodeziya və Kartoqrafiya Agentliyinin strukturu, fəaliyyəti, yerinə yetirdiyi layihələr haqqında ümumi məlumat verərək, geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə kadr hazırlığı işinin müasir tələblərə uyğun səviyyədə aparılması üçün agentlikdə təşkil olunan praktiki təlimlərdən söhbət açıb. Həmçinin tələbələrin marağında olan məsələlərə aydınlıq gətirib. 

Seminarın sonunda İlqar Əmirov danışılan məsələlərlə bağlı tələbələrin suallarını cavablayıb, birgə fikir mübadiləsi aparıb. 


 

30-04-2024