AzMİU-da Türkiyənin Üsküdar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

AzMİU-da Türkiyənin Üsküdar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Üsküdar Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova iştirak edib. 
             Nərgiz Abdullayeva qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. N. Abdullayeva daha sonra  universitetimizi ziyarət edən Üsküdar Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Peyman Caferi və xarici əlaqələr üzrə mütəxəssis Dilbər Əliyevanı universitetimizdə təhsil və beynəlxal əlaqələr, Türkiyə universitetləri ilə  həyata keçirilən layihələr və əməkdaşlıqlar barədə məlumatlandırıb. Qonaqlar da öz növbəsində Üsküdar Universitetinin missiyası, məqsəd və perspektiv əməkdaşlıqları barədə ətraflı məlumat verib, hazırladıqları anlaşma memorandumunu tanış olmaq və imzalamaq üçün təqdim ediblər. 
Görüşün nəticəsi olaraq akademik tədqiqat məlumatlarının, Kompüter mühəndisliyi və Elektrik mühəndisliyi ixtisaslarında tələbə, tədqiqatçı və müəllim mübadiləsinin, birgə akademik və elmi fəaliyyətin, seminar simpozium və konfransların həyata keçirilməsi, Avropa Birliyinin qrant və mübadilə layihələrində iştirak etmək qərara alınıb. 
 

13-12-2021