Heydər Əliyev adına beynəlxalq təhsil qrantı
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli 3956 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına aşağıdakı ölkələrin vətəndaşlarının (bundan sonra - proqram iştirakçıları) təhsilinin təşkili məqsədilə təhsil qrantının verilməsi qaydasını müəyyən edir: 1.1.1. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin; 1.1.2. Qoşulmama Hərəkatına üzv ölkələrin; 1.1.3. İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin; 1.1.4. xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələr. Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.2024/2025-ci tədris ilində universitetmizdə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı ilə üç nəfər əcnəbi vətəndaş təhsilə başlamışdır:
Adan Mohamed Yusuf- Somali
Musyoki Mwangangi-Kenya
Mustafa Tarap-İraq