Rektor
1971-ci ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil olub.
1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun AzİMİ-nin Memarlıq fakültəsini bitirib.
1985-ci ildə “Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
1975-1979-cu illərdə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzİMİ) komsomol komitəsinin katibi vəzifəsində işləyib.
1979-cu ildə AzİMİ Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlayıb.
1983-1988-ci illərdə AzİMİ-nin partiya komitəsinin katib müavini vəzifəsində çalışıb.
1991-ci ildə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti seçilib.
2000-ci ildə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru vəzifəsinə seçilib.
2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır.
Həmçinin 2000–2005-ci il tarixində II çağırış, 2010-2015-ci illərdə isə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı olmuşdur.
Elmi əsərləri:
150-dən çox elmi və metodik işləri var.
3 monoqrafiyanın – “Qafqaz Albaniyasının dini memarlığı”, “Qafqaz Albaniyasının memarlığı” (rus dilində), “Architecture of Caucasian Albania” müəllifi, 8 kitabın – “Azərbaycanın qədim və ilk orta əsrlər memarlığı” (1991-ci il), “Şəkinin memarlıq abidələri” (2003-cü il), “Kiş kəndi və onun məbədi” (2003-cü il), “Kiş” (2003-cü il) və “Nic” (2006-cı il), “Azərbayсan memarlıq tarixi” beş cildli nəşrin 1-ci cildi - Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı (Bakı, 2013) və 2-ci cildi - Azərbaycan memarlıq tarixi: Orta əsrlər memarlığı (VIII-XIV əsrlər) (Bakı, 2013), Azərbaycanın Şimal-Qərb regionunun memarlıq abidələri (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) (Bakı, 2014) həmmüəllifidir.
“Memarlıq konstruksiyaları”, “Azərbaycan memarlığının tarixi”, “Abidələrin bərpası” fənləri üzrə mühazirələr aparıb, diplom layihələrinə rəhbərlik edib. Elmi fəaliyyəti Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin elmi rekonstruksiya layihələrinin müəllifidir.
Rəhbərliyi ilə 7 elmlər namizədi və 2 elmlər doktoru elmi işlərini müdafiə edib.
Üzv olduğu akademiyalar:
Azərbaycan Memarlar İttifaqı;
Beynəlxalq Memarlıq Akademiyası;
Beynəlxalq Mühəndislik Akademiyası;
Şərq Ölkələri Memarlıq Akademiyası;
2006-cı ildə Əməkdar memar fəxri adı verilib.
2009-cu ildə Fransanın “Akademik Palma Kavaleri” ordeninə layiq görülüb.
2012-ci ildə “Akademik Mikayıl Useynov” xatirə medalı ilə təltif olunub.
2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.
2016-cı ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Qəbul otağı tel: (+994 12) 538 30 01
E-mail: [email protected]
Köməkçi: Əhmədov Araz Kamil oğlu
Tel: (+994 12) 539 06 47
Fax: (+994 12) 498 78 36
E-mail: [email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.