İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik

Azərbaycan Respublikası Prezidentinin 2023 - cü il 28 avqust tarixli sərəncamı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyətin əsas məqsədlərini və prioritet vəzifələrini müəyyən edən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyası” təsdiq edilmişdir. Hazırda ən mühüm sahələrdən biri hesab edilən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin aktuallaşdığı bir dövrdə kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanmasının qarşısını almaq, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələnə bilən zərərli faktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunması məqsədi ilə “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” elmi tədqiqat laboratoriyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” elmi tədqiqat laboratoriyası əməkdaşlarının ad, soyadları:
1. Laboratoriya müdiri: T.ü.f.d., dos. Günel Vaqif qızı Əliyeva – Təbii Ehtiyatların Kosmik Tədqiqi İnsititutunda şöbə rəisi vəzifəsində çalışır. Göstərdiyi xidmətlər - fəaliyyətlərin cari və uzunmüddətli planlaşdırılmasını təşkili, laboratoriyanın təşkili və bu planların həyata keçirilməsi, informasiya təhlükəsizliyi laboratoriyasının işinə rəhbərliyin cari və gələcək planlara uyğun olaraq təşkili, müəyyən edilmiş sənədlərin vaxtında hazırlanması, texniki vasitələrdən istifadəyə nəzarəti təmin edilməsi, laboratoriya, istismar qaydalarına, təhlükəsizlik qaydalarına riayət edilməsi.
2. Baş mütəxəssis: Rəvan Şıxəli – Kapital bankda, kibertəhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışır. Göstərdiyi xidmətlər- avadanlıqların, kompüter proqram təminatının, sistemlərin, şəbəkələrin, printerlərin və skanerların konfiqurasiyası, diaqnostikası və quraşdırılması.
3. Mütəxəssis: Elvin Qurbanov- İnformasiya Texnologiyaları İnsititutunda doktorantura təhsili alır. Göstərdiyi xidmətlər- kompüterlərin diaqnostikası və gündəlik ortaya çıxan nasazlıqların həlli, yeni avadanlıqları sınaqdan keçirmək, müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması, şəbəkədə yaranan nasazlıqların aradan qaldırılması.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.