GEOCLIC

GEOCLIC 
http://geoclic.org/

“Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems")
Layihənin kodu: 619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP GEOCLIC
619034-EPP-1-2020-1-UA-EPPKA2-CBHE-JP
Layihənin müddəti: 2020-2023 (36 ay) 

2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə baş tutacaq. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edəcək. GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir.

Layihə tərəfdaşları: 

  • Əl-Farabi Qazax Milli Universiteti
  • Twente Universiteti
  • Berlin Texniki Universiteti
  • Vilnius Gediminas Texniki Universiteti
  • Konstanta Dənizçilik Universiteti
  • EXOLAUNCH GmbH
  • Bakı Dövlət Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Kaspi Texnologiya və Mühəndislik Universiteti 
  • Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti
  • S.A. Niyazova Adına Türkmən Əkinçilik Universiteti 
  • Maxtumkuli adına Türkmən Dövlət Universiteti
  • Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universiteti
  • Beynəlxalq Ekoenerji Akademiyası
  • Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi "Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu" Səhmdar Cəmiyyəti 

17.12.2021-il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə Avropa Birliyinin maliyələşdirilməsi ilə həyata keçilən Erasmus+ KA2 “GEOCLİC” layihəsinin məlumatlandırma günü keçirilmişdir. Tədbirdə aidiyyatı qurumların nümayəndələri, layihənin AzMİU üzrə işçi heyəti, müəllimləri və tələbələri iştirak etmişdir. 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.