Menecment

Tədris planı

MENECMENT İXTİSASININ TƏSVİRİ

Menecment ixtisası fərdi və korporativ sahibkarlıq xüsusiyyətləri haqqında məlumatlara sahib olmaq və təşkilat daxilində sahibkarlığın dinamikasını və innovasiya mühitini ölçmək və yaxşılaşdırmaq üçün üsullardan istifadə etmək,

Menecment ixtisası üzrə magistr təhsili alan tələbələr iqtisadiyyat, maliyyə və idarəetmə nəzəriyyələri, biznes qurmaq, investisiya alternativləri və risklərin idarə edilməsi ilə bağlı bilik və ideyalara sahib olurlar.

Menecment sahəsi bank sektorundan tutmuş reklam, səhiyyə, informatika, avtomobil, istehsal və xidmət sahəsində fəaliyyət göstərən bir çox fərqli müəssisələrdə ümumbəşəri dəyərləri mənimsəmiş, idarəçiliyə önəm verən menecer və sahibkarlar yetişdirilərkən, turizm sektoru, marketinq, satış, istehsal, maliyyə-mühasibat, menecment, təşkilatçılıq kimi sahələrdə iş və karyera imkanları verir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.