Şəhərsalma

                                                                                                                 Tədris planı
Təhsil programı

050637- Şəhərsalma  ixtisası öyrədir:

-Şəhər mühitinin layihələndirilməsini, memarlıq layihələndirilməsinin prinsirlərini, şəhər nəqliyyat sistemlərinin həllini;
-yaradıcılıq fəaliyyətinin tətbiq edildiyi şəhər  mühitinin layihələndirilməsinin texnoloji proseslərini bilməyi və idarə etməyi;
-müasir şəhərsalma layihələndirilməsi və memarlıq-layihə prosesləri ilə əlaqədar proqramların təminatından istifadə etməyi;

-layihə proseslərinin yerinə yetirilməsi, tətbiqi məsələlərin həllində kompüter texnologiyalarından istifadə etməyi bacarmağı;

-müasir memarlıq-dizayn modelləşdirilməsi  və layihələndirilməsi  ilə  əlaqədar BİM   proqramlarını mənimsəməyi,  kompüter qrafiki vasitələrindən istifadə etməyi;
-işıq, rəng, insolyasiya, klimatologiya və  s. təbii-fiziki amillərin memarlıq - şəhərsalma, landşaft və mühit dizaynı ilə  əlaqəli problemlərini təhlil etməyi;
-şəhərsalmada mühəndis – kommunikasiya sistemlərinin tətbiqi xüsusiyyətlərini və şəhər mühitinin ekologiyasını öyrənmək və müasir layihələndirməyə kompleks bilikləri tətbiq etməyi;
-müasir şəhərsalma layihələndirilməsi və reallaşdırılması, şəhərlərdə tarixi ərazilərin qorunması, şəhər ərazilərinin mühəndis hazırlığı və abadlaşdırılmasının nəzəri əsaslarının tədqiqi, təkmilləşdirilməsi yollarını bilməyi;
-şəhərsalma layihələndirilməsi prosesində layihə-smeta sənədlərinin işlənib hazır-lanması, statistik və şəhər kadastrına aid məlumatlardan istifadə etməyi, elm və texnikanın nailiyyətlərindən, regional xüsusiyyətlərdən, Azərbaycanın və xarici ölkələrin qa­baqcıl təcrübəsindən istifadə etməklə, şəhərin layihələndirilməsi işlərini təhlil et­mək və nəticələri ümumiləşdirməyi.
-layihə və istehsal müəssisələrində elmi-tədqiqatın aparılmasını, layihə-axtarış  fəaliyyətinin nəticələrini təhlil et­məyi;

-layihələrin idarə olunmasını;
-şəhərsalma sahələrində texnoloji proseslərin texniki təminatında iştirak edən şəhərsalma ixtisası üzrə ərazi-coğrafi informasiyanın  sistemlərinin müasir üsullarından istifadə et­məyi;
-memarlıq-şəhərsalma mühitinin, bütövlükdə şəhər və s. məskənlərin ekosistemdə  yeri, əlaqəli təsirləri və tənzimlənməsinin nəzəri biliklərini təhlil və tətbiq etməyi bacarmağı;
-memarlıq obyektlərinin memarlıq - tipoloji, sosial -  psixoloji, milli kulturoloji əlamətlərini  fərqləndirməyi;
-peşə funksiyalarının yerinə yetirilməsi ilə bağlı məqsədin qoyuluşu və məsələnin formalaşdırılmasını bacarmaq, onların həlli üçün mənimsədiyi elmlərin analitik və tətbiqi  üsullarından istifadə etməyi bilməyi;
-kollektivlə uyğunlaşmağa və işləməyə hazır olmağı, idarəetmə üsulları ilə tanış olmağı, müxtəlif fikirlərin mövcud olduğu şəraitdə idarəetmə məsələsinin həllini qəbul etmək üçün təhlil aparıb, düzgün qərar qəbul etməyi;
-Şəhərsalma nəzəriyyəsinin müasir cərəyanlarını mənimsəməyi;
-şəhərsalma layihələndirməsi, tikintisi və istismarı zamanı geoloji, texnoloji və ekoloji üsullarından istifadə etməyi bacarmağı;
-ixtisas hazırlığına uyğun tex­nika sahələrinin əsas elmi-texniki problemlərini və inkişaf perspektivlərini və onların qon­şu sahələrlə əlaqəsini bilmək, on­ları konkret məsələlərin həllində tətbiq etməyi;
-tədqiqatın mövzusuna uyğun olaraq ölkə və xarici təcrübələri, eyni zamanda elmi-texniki məlumatları təhlil etməyi;
-Şəhərsalma sahəsində xarici ölkə mütəxəssisləri tərəfindən yerinə yetirilmiş layihələri təhlil və ekspertiza etməyi.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.