İqtisadi və təsərrüfat işləri üzrə prorektor

                Təhsili:

Bakalavr təhsilini 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin  “Ağac emalı texnologiyası” ixtisası üzrə bitirib.

 Magistratura təhsilini 2002-ci ildə “Tikinti materialları və məmulatlarının   texnologiyası” ixtisası üzrə bitirib.

2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub və 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.

2008-ci ildə “Abşeron yarmadasında neft buruqlarında işlədilən gil məhlullarının və tullantı sularının ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi” mövzusunda  namizədlik dissertasiyasını  müdafiə  edib və texnika  elmləri namizədi elmi dərəcəsini alıb.

2011-ci ildə elmlər doktorluğu proqramı üzrə doktoranturaya daxil olub.

                Əmək fəaliyyəti:

2000-ci ildə Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

 2016-cı ildən Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının    dosentidir.      

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002-ci ildən YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü seçilib. 2010-cu ildən YAP Yasamal Rayon İdarə Heyətinin üzvü seçilib.

2012-ci ilin dekabr ayından Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə  təyin  edilib.

           Elmi fəaliyyəti:

40-a yaxın elmi əsəri var, 2 metodiki vəsaitin müəllifidir.

           Təltifləri:

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 

            Əlaqə:

                Tel: (+994 12) 510 40 19

(+994 12) 539 07 63

E-mail: [email protected]

Qəbul otağı

Tel: (+994 12) 538 75 07

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.