Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
2006-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
2010-2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
2014-cü ildən “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Sənayenin təşkili və idarə edilməsi” kafedrasının dissertantıdır.
2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Əcnəbi tələbələrin təhsili üzrə dekanlıqda böyük müfəttiş;
2014-2017-ci illərdə Magistratura mərkəzində metodist;
2018-2023 cü illərdə Sənayenin təşkili və idarə edilməsi kafedrasında müəllim;
2023-cü ildən Biznesin iqtisadiyyatı və menecment kafedrasında baş müəllim;
2012-2022-ci illərdə rektor köməkçisi;
2022-ci ildən etibarən isə Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor olaraq fəaliyyətini davam etdirir.
20-yə yaxın elmi məqalənin, 4 fənn proqramı və bir vəsaitin müəllifidir.
2014-cü ildə Türkiyənin Ankara və İstanbul şəhərlərində təcrübə proqramı;
2017-ci ildə Almaniyanın Berlin şəhərində Paris Sorbonne Universitetinin təlim proqramı;
2019-cu ildə İspaniyanın Alikante şəhərində Erasmus KA1 layihəsi çərçivəsində təlim proqramı;
2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Tel: (+99412) 510-00-76
E-mail: [email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.