Elm və İnnovasiya məsələləri üzrə prorektor


Təhsili:

1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını fərqlənmə diplomu ilə bitirib.
1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub.
1996-cı ildə aspiranturanı bitirib və “Sinqulyar diferensial-operator tənliklərin məxsusi ədədlərin sayının asimptotikası və requlyarlaşmış izinin tədqiqi ” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2013-2014-cü illərdə “Diferensial-operator tənliklərin spektrinin və izlərinin tədqiqi ” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyəti:

1996-2013-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
2003-cü ildə dosent elmi adını alıb.                                                                                      

2007-2011-ci illərdə AzMİU Ali riyaziyyat kafedrasında əvəzçiliklə baş müəllim vəzifəsində çalışıb.
2011-ci ildə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasına tam ştat dosent vəzifəsinə qəbul edilib.
2013-2022-ci illərdə AzMİU  Elmi şurasının elmi katibi vəzifəsində işləyib.                                

2015-ci ildə AzMİU-nun Ali riyaziyyat kafedrasının professoru vəzifəsinə seçilib.
2022-ci ildə AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Elmi fəaliyyəti:

60-dan çox elmi məqalənin (onlardan 14-ü  impakt faktorlu jurnallarda nəşr olunmaqla),   metodik işlərin, ingilis dilində 2 dərs vəsaitinin müəllifidir.                                                                                           

SCOPUS bazasında indekslənən "Azerbaijan Journal of Mathematic" jurnalının redaksiya heyətinin üzvüdür.
AAK-ın nəzdində fəaliyyət göstərən riyaziyyat üzrə ekspert şurasının üzvü olub. 
Google scholar akademik saytında işlərinə olan istinadların sayı 99, h-indeksi 6, i10-indeksi 3-r. 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf  Fondunun 4 qrant layihəsinin iştirakçısı və rəhbəri həmçinin AzMİU-da həyata keçirilən “Avisenna”  layihəsinin rəhbəri olub.  

Əlaqə:

Tel.:(+994 12) 539-07-15
E-mail: [email protected] 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]