Tədris işləri üzrə prorektor


    Təhsili:

1984-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun  İnşaat yol maşınları və avadanlıqları ixtisasını fərqlənmə diplomu ilə bitirib, o dövrün tələbələr üçün mövcud olan ən ali təqaüdə Lenin adına təqaüdə layiq görülüb.

1995-1999-cu illərdə universitetin “İnşaat, yol və meliorasiya maşınları” kafedrasında aspiranturada oxuyub.

2003-cü ildə “Suötürücü kanalların qazılması üçün frez-tullayıcı tipli işçi orqanın tədqiqi və parametrlərinin əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və texnika elmləri namizədi, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 

   Əmək fəaliyyəti:

1991-ci ildə S.Ə.Dadaşov adına Elmi Tədqiqat Tikinti Materialları İnstitutunda mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 

1994-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində  “İnşaat, yol və meliorasiya maşınları” indiki “Maşın və mexanika mühəndisliyi” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrdə işləyib.

1994-2000-ci illərdə universitetdə rektor köməkçisi vəzifəsində işləyib.

2002-2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mexanikləşdirmə və avtomatlaşdırma” (indiki “Mexanika və informasiya texnologiyaları”) fakültəsində dekan müavini vəzifəsində çalışıb.

2011-2016-cı illərdə “Mexanika və İnformasiya texnologiyaları” fakültəsində dekan vəzifəsində çalışıb.

2016-cı ildən bugünədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektor vəzifəsində çalışır.

2022-ci ildən Maşın və mexanika mühəndisliyi  kafedrasının  professoru vəzifəsinə seçilib.

    Elmi fəaliyyəti:

6-sı  impakt faktorlu jurnal olmaqla 60-dan çox elmi və metodik əsərləri var, o cümlədən 2 dərs vasaitinin, 7 metodik vəsaitin müəllifidir.

 

   Təcrübə proqramlarında iştirakı:

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkil etdiyi İVLP ABŞ-da Ali Təhsilin idarə olunması layihəsində iştirak edərək Beynəlxalq Sertifikata layiq görülüb. 

2016-cı ildə Almaniyanın Berlin şəhərində “Communication Management and Internationalization of Campus” kurslarında iştirak edərək Beynəlxalq Sertifikatla təltif olunub. 

2019-cu ildə  ERASMUS + çərçivəsində İngiltərənin London, İspaniyanın Alkante şəhərində “Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirlməsi” (EQAC) layihəsinin təlimlərində iştirak edərək Beynəlxalq Sertifikatlarla təltif olunub. 

 

 Təltifləri:

2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi münasibətilə, Yüksək ixtisaslı memar və inşaatçı kadrların hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirinin “Fəxri Fərman” ı ilə təltif olunub. 

    Əlaqə:

Tel: (+99412) 539 07 45
Fax: (+99412) 498 78 36
E-mail: [email protected]

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]