AzMİU-da qız tələbələrin sayı daha da artıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) gender bərabərliyi istiqamətində mühüm addımlar atmağa davam edir. Son illərin təhlilləri göstərir ki, universiteti seçən qızların sayı hər il artır. 2024/2025-ci tədris ilində universitetə qəbul olan tələbələrin statistikası bu istiqamətdəki müsbət dəyişiklikləri aydın şəkildə əks etdirir.
AzMiU-ya bu tədris ilində 2303 tələbə qəbul olub ki, onlardan 43 faizini qızlar, 57 faizini isə oğlanlar təşkil edir. Bu göstərici universitetdə yaradılan müasir təhsil mühiti, həyata keçirilən islahatlar və texniki ali təhsilə qızların marağının artması ilə bağlıdır.
Artan say fonunda qızların peşəkar inkişafına dəstək göstərilməsi universitetin əsas prioritetlərindən biridir. Gələcək illərdə bu faiz nisbətinin daha da yüksələcəyinə ümidlər böyükdür.