AzMİU TGT-nın üzvləri “Xəzəri qoruyaq!” şüarı altında keçirilən təmizlik aksiyasında


Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar “Xəzəri qoruyaq!" şüarı altında irimiqyaslı təmizlik aksiyası keçirilib. Aksiyaya Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının “Eko klub” fəalları, şirkət və ictimai təşkilatlar, eyni zamanda 1000-ə yaxın könüllü qoşulub. 

Aksiyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumu yaxşılaşdırmaq, əhalini maarifləndirmək və ətraf mühitə məsuliyyətlə yanaşmaq prinsipini təbliğ etmək olub. 

Xatırladaq ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd edilib. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. 

Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı altında 10 ildən çoxdur ki, iştirak edir.
 

18-09-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]