DİQQƏT: “ÜFÜQ AZƏRBAYCAN” - Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası təşkil olunacaq

23 May 2023-cü il saat 12:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetində "Gənc MÜSİAD Azərbaycan" komandasının ənənə halına gətirdiyi, tələbələr tərəfindən böyük marağa səbəb olan “ÜFÜQ AZƏRBAYCAN” - Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası həyata keçiriləcəkdir. 

Tədbir Gənc MÜSİAD Azərbaycan Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə Universitetin böyük Akt zalında (3 saylı tədris binası, 4-cü mərtəbə) baş tutacaq.

Tələbələr və gənc iş adamları ilə görüşdə aşağıda adları sadalanan məruzəçilər iştirak edəcək:

- Fövqəladə Hallar Nazirliyi Ekspertiza İdarəsi eksperti Aysel Məmmədova ;
- Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəsi Hamid Eldeleklioğlu;
-“E-mobile” MMC və “Kripton Business Solutions” MMC-nin rəhbəri Əli Qədirbəyli.

Paneldə məruzəçilər öz iş təcrübələri, karyera inkişafı, markalaşma (brendləşmə) və ticarət əlaqələrinin idarə edilməsi mövzularında çıxış edəcək və suallara cavab verəcəklər.

İştirak etmək istəyən tələbələr görüşə dəvətlidirlər.

22-05-2023