ELMİ SEMİNAR: “İnşaat materiallarının öyrənilməsində elmi-tədqiqatların planlaşdırılması və nəticələrin riyazi statistik emalı” - 17.03.2023

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Materialşünaslıq” kafedrasında elmi seminar  keçirilib. Seminarda dosent Yasin Xəlilov “İnşaat materiallarının öyrənilməsində elmi-tədqiqatların planlaşdırılması və nəticələrin riyazi statistik emalı” mövzusunda məruzə edib. 

Seminarda inşaat materialları üzrə elmi-tədqiqatların planlaşdırılmasında tam faktor analizindən TFA və 26-2 tipli kəsri replikalardan istifadə imkanlarından, planlama matrisinin qurulmasından və nəticələrin işlənməsinin əsas prinsipləri şərh olunub. Eləcə də eksperimentlərin nəticəsində xətti reqressiya tənliyinin qurulması və tənliyin prosesə adekvatlığının müəyyən edilməsi qaydası izah olunub. 

Bundan əlavə, seminarda konkret nümunələr üzərindən nəticələrin riyazi statistik analizinin əsas müddəaları, nəticələrin etibarlılığı, müxtəlif ehtimallarda etibarlılıq intervalının və s. təyini məsələləri nəzərdən keçirilib, həmçinin termokimyanın əsas qanunlarının silikat inşaat materiallarının alınmasında tətbiqi imkanları müzakirə olunub.
 

17-03-2023