AzMİU tələbələri arasında 20 Yanvar anım gününə həsr olunmuş atıcılıq yarışı keçirilib - 20.01.2023

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə "FunniFy" proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş atıcılıq yarışı keçirilib.

Yarış AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkikatçılığı ilə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı mərkəzində təşkil olunub.
 

20-01-2023