Elmi Şuranın növbəti iclası keçirilib [23.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının 2022-2023-cü tədris ili üzrə növbəti iclası keçirilib. 
Elmi Şuranın sədri, universitetin rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayıb və gündəlikdəki məsələlərlə bağlı məlumat verib. 
Sonra universitetin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov  2021-2022-ci tədris ilinin yaz semestrinin və yay imtahan sessiyalarının nəticələri, 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığı barədə hesabatını təqdim edib. Prorektor imtahan sessiyasında tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlar barədə danışıb, eyni zamanda 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib. 
Professor Akif Qasımovun hesabatı ətrafında geniş fikir mübadiləsi aparılıb, iradlar və təkliflər səsləndirilib. 
Məruzələr və çıxışlardan sonra rektor, professor Gülçöhrə Məmmədova toxunulan məsələlərə münasibət bildirib və lazımi tapşırıqlar verib.
Şura iclasında digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxışlar ediblər, təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.
Sonda Elmi Şuranın qərarı ilə universitetin Fizika və kimya kafedrasının dosenti Nəbi Babayevə AzMİU-nun "Fəxri Professoru" adı verilib.
 

 

23-11-2022