AzMİU-nun bir qrup tələbəsinin iştirakı ilə II Fəxri Xiyabanda dərs prosesi təşkil olunub [27.09.2022]

     27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) gənc müəllimi Şahmar Rəfili dərs prosesini II Fəxri Xiyabanda təşkil edib. Əvvəlcə şəhidlərin məzarları ziyarət edib və onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dərs zamanı tələbələrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin  12-13 sentyabr tarixlərində baş verən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib.

27-09-2022