AzMİU əməkdaşları Baku ID Summer 22 tədbirində iştirak ediblər [25.07.2022]

     İyulun 18-də Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində fəaliyyət göstərən SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Baku ID Summer 22 (Bakı İnvestisiya Günü) tədbiri keçirilib.  Baku ID Summer 22 innovasiyalar ekosistemini daha da irəliyə aparmaq məqsədilə yaradılmış ən əsas yerli startap və innovasiyalar tədbiridir.  Tədbirdə ən yaxşı startap layihələrlə tanışlıq keçirildi, yerli və beynəlxalq investorlar, mentorlar, ekspertlər- qlobal ekosistemə töhvə verən hər kəslə bir araya gələrək innovasiya ekosisteminin gələcəyini müzakirə etdilər.  Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU)  İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mütəxəssisi Ramin Əkbərov, “İnformasiya texnologiyaları və sistemləri” kafedrasının assistenti Rəna Cəbrayılova və SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva təmsil etmişdir. Tədbir startap ideyaların dinlənilməsi, panel müzakirələr formatında həyata keçirildi. Tədbirdə beynəlxalq dərəcəli İsrailli startap və akselerasiya eksperti Tal Catran ilə əməkdaşlarımız arasında uzun sürən onlayn müzakirələrdən sonra tanışlıq oldu. Tədbir startapların imvestorlarla təqdimatı formatında davam etdi.

25-07-2022