“Nüfuzlu xarici universitetlərdən qəbul almışam, ən yaxşısını seçəcəm”-İlklərə imza atan AzMİU BİRİNCİSİ [07.07.2022]

     Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də 94.08 ümumi ortalama göstərici ilə Murad Mirzadədir.

     Mirzadə Murad Elşən oğlu, 2000-ci il noyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2018-ci ildə Bakı şəhəri Fizika – Riyaziyyat təmayüllü liseyi yüksək qiymətlərlə bitirərək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olub.

     Təhsili müddətində bir çox mükafatlara layiq görülən Murad, Respublika və Beynəlxalq dərəcəli elmi konfransların iştirakçısıdır. Həmmüəllifi olduğu məqalə 2021-ci ildə Rusiya Federasiyasının Penza şəhərində I dərəcəli diploma layiq görülmüşdür.

     İstedadlı məzunumuz AzEdu.az-a açıqlamasında bakalavr təhsili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetini seçməsinin səbəblərini qeyd edib:

     “Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fizika-riyaziyyat təmayüllü liseyini yüksək qiymətlərlə bitirmişəm. Daha sonra isə məhz AzMİU-nu seçdim. Çünki bu universitetin Memarlıq fakultəsi ölkənin ən öndəgələn və qocaman fakultələrindəndir. Məhz burada təhsilin ingilis bölməsində yüksək keyfiyyətli tədrisin aparılması səbəbilə seçimim bura oldu”.

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin məzunu Murad Mirzadə ilə geniş müsahibəni aşağıdakı linkə keçid edib oxuya bilərsiniz: https://azedu.az/az/news/57147-nufuzlu-xarici-universitetlerden-qebul-almisam-en-yaxsisini-sececem-ilklere-imza-atan-azmiu-birincisi#.YsVl1_ruJbw.whatsapp

07-07-2022